Ölkəmizdə Homoseksuallıq və onunla mübarizə Dözülməz mənəvi təzyiqlər Taryel Abdullayev
Bu bir gerçəkdir ki,insan mənəvi rahatlıq tapa bilməyəndə onun sosial vəziyyəti və ya cəmiyyətdə olan statusu nə olursa olsun,onun üçün dözülməz olacaq. Aylar əvvəl cinsi azlıqlardan biri olan və ölkədən qaçıb Hollandiya dövlətindən sığınacaq almış İlham Salahlı adlı cinsi azlıq nümayədəsindən müsahibə aldığım zaman, o mənə bildirdi ki, ölkədən qacmağının yeganə səbəbi qarşılaşdığı dözülməz mənəvi təzyiqlərdir. Cəmiyyətdə cinsi azlıqlara yaxşı münasibət göstərilmir, onları orta əsrlərdə oluğu kimi xəstə adlandırlar və onlara qarşı mənəvi təzyiqlər edirlər. Bu şəxslərin ailələri də cəmiyyətimizin üzvü olduğundan onlar da cəmiyyətin baxdığı, yanaşdığı kimi münasibət sərgiləyirlər. Ona görə də cinsi azlıqlardan çoxu özlərini gizli saxlayır və cəmiyyətdə özlərini olduğu kimi ifadə edə bilmirlər. Bir növ cəmiyyətimizdən təcrid olunurlar. Mənəvi və psixoloji təsirlərdən rahat yaşaya bilməmək və özünü cəmiyyətdə istədiyi kimi ifadə edə bilməmək bir insan üçün həddindən artıq acınacaqlı vəziyyətdir. Bu məsələdə transseksuallar və feminen qaylar daha çox çətinlik çəkirlər. Cəmiyyətimizdə başqa yöndə olduğu kimi bu yöndə də bilgi əksikliyi vardır. Transseksuallar ölkədə demək olar ki, seks işçiliyindən başqa bir işlə məşğul ola bilmirlər. Çünki onlara iş təklif edən yoxdur. Pul qarşılığında bədənin satmaqdan dəhşət verici bir hal nə ola bilər axı? Bunun psixoloji travması bir yana, hələ zorakılıqlarla da qarşılaşırlar. Insanlığın öldüyü bir məqam. Xatırlayırsızsa, özünü Julian kimi adlandıran 22 yaşlı transgender BBC-ə verdiyi müsahibəsində ali təhsili olduğu halda ölkədə iş tapa bilmədiyini qeyd edirdi. O deyirdi ki, “harasa şəkilsiz CV göndərir, müsahibəyə gedəndə isə işverən sanki şok keçirir. İşəverənlər olduqca kobud suallar verməyə başlayırlar. Sən niyə beləsən? Ailən belə olduğunu bilir? Yəni onları heç maraqlandırmayan şeylərdən danışırlar. Məcbur olursan sənədlərini götürüb müəssisəni tərk etməyə”.
Homoseksuallıq xəstəlik deyil Homoseksuallıq bir növün bir fərdinin özüylə eyni cinsiyyətdən bir başqa fərdə qarşı duyğusal və ya cinsi bir cazibə hiss etməsi və ya bu iki fərd arasında cinsi qarşılıqlı təsir yaşanmasıdır. İndiki vaxtda bizonlardan pinqvinlərə, quşlardan insanlara, kərtənkələlərdən böcəklərə qədər qədər yüzlərlə fərqli növdə homoseksual əlaqə tapılmışdır. Bu səbəbdən homoseksuallıq tamamilə təbii olaraq görülməlidir. Çünki bu fakt yalnız bir sıra növdə deyil, xarakteristikasına bağlı olaraq dünya üzərində 500 – 1500 növ arasında olduğu bilinir. Dünya Sağlamlıq Təşkilatı (WHO), homoseksuallığı 70-ci illərdə xəstəliklər və narahatlıqlar siyahısından çıxartdı. Bənzər şəkildə Amerikan Psixologiya Dərnəyi (APA) da homoseksuallığın bir seçim olmadığını, təbii olduğunu və dəyişdirilə bilməyəcəyini açıq və dəqiq bir şəkildə ifadə etdi. APA ayrıca “Homoseksuallıqdan imtina etdirmə müalicələrinin” fərdlərə zərər verə biləcəyini də ifadə etdi (AX/EU). Elm insanlarının mövzuyla əlaqədar fikirləri heç birmüzakirəyə qapı açmayacaq qədər dəqiqdir: “Homoseksuallıq bir xəstəlik deyil, bu səbəbdən müalicəsi də haqqında danışıla bilməz”. “Homoseksuallıq bir xəstəlik deyil. 1974-dən bəri psixiatrik və ruhi xəstəlik təsnif etməsində qəbul edilmir.
Ölkəmizdə homoseksuallarla mübarizə 2001-ci ilin yanvar ayının 17-də Avropa Şurasına üzv olduqdan sonra Milli Məclisdə ratifikasiya olunan ilk sənəd cinsi azlıqlarla bağlı olub. Azərbaycan Respublikasının Qanunvericiliyində insanların cinsi ayrı-seçkiliyə məruz qalmaması təsbit olunub və respublikamız dünyəvi bir dövlətdir. Lakin buna baxmayaraq bu yaxınlarda Daxili İşlər Nazirliyinin müvafiq qurumları Bakı şəhərində reydlər keçirdi və onlarca cinsi azlıqların nümayəndəsini həbs etdilər. Hətta sosial şəbəkədə səbəb kimi, bu şəxslərin QİÇS-ə yoluxduğunu qeyd elədilər. Üzərindən az müddət keçdikdən sonra QİÇS-lə Mübarizə Mərkəzindən rəsmi açıqlama oldu. Açıqlamada “Qeyri-ənənəvi oriyentasiyalı şəxslərin immun çatışmazlığı virusuna görə məcburi müayinəsi ilə bağlı polis tərəfindən onlara heç bir müraciət olmadığını qeyd elədi. Polisin bu yaxınlardakı reydinə gəlincə, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin nümayəndələrinin heç biri nəinki QİÇS-lə Mübarizə Mərkəzinə gətirməyib, heç onların qeydiyyatdakı xəstələrin arasında olub-olmamaları belə dəqiqləşdirilməyib.” Bu olanlardan sonra Qərb media və təşkilatları Azərbaycanda seksual azlıqların müdafiəsinə qalxdı və insan haqları qrupları Azərbaycan hökumətini həbs olunduğu söylənən onlarca cinsi azlıq nümayəndəsinin azadlığa buraxılmasını tələb etdilər. Ölkəmiz dünyada LGBT şəxslərin təqib olunduğu yer kimi tanınır.
Cinsi azlıqlarla sosial şəbəkədə mübarizə edənlər Son zamanlar görürük ki, sosial şəbəkədə bir qrup şəxs cinsi azlıqlara, homoseksullara qarşı əks təbliğat aparır. Cəmiyyətin digər, xüsusəndə dindar kütlə arasından cinsi azlıqlara qarşı aqressaiya və nifrət yaradırlar. Bunu özünü “dövrün Mehdisi “adlandıran Adnan Oktarın (ikinci adı Harun Yahya) tərəfdarları olan Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin üzvləri həyata keçirir. Bu şəxslər mövcud qanunvericiliyə əməl etmədən cinsi azlıqlara qarşı əks kampaniyalar təşkil edir və bu cinsi azlıqlara qarşı təbliğatlar apararaq ölkəmizin nüfuzunu digər Avropa ölkələri qarşısında aşağı salmağa çalışır və bununla da Azərbaycanda cinsi azlıqların təhdid altında olduğunu aşılayırlar. Başda ilahiyyatcı Ramiq Vəliyev olmaqla bu birliyin üzvləri sosial media üzərində cinsi azlıqları lənətləndiyi və onları “haram” adlandırmaqla təbliğatlar aparırlar. Bu kimi qrumların və cəmiyyətin digər üzləri tərəfindən aparılan təşviqatlar nəticəsində ölkə də homoseksuallar və digər cinsi azlıqlar mənəvi olarq əziyyət çəkirlər. Son illər ölkəni tərk edən homoseksualların sayı gün gündən çoxalıb və onlar əsasən Avropa ölkələrinə gedərək ölkəmizdə cinsi azlıqlara qarşı təhdidlərin, mübarizənin və lənətləmələrin olduğunu deyirlər ki, bu da istənilən halda ölkənin nüfuzuna beynalxalq arenada zərər gətirir. Adnan Oktarın dəstəyi ilə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi nəzinində homoseksuallığın sonradan qazanılmış bir şey olduğunu cəmiyyətə aşılamaq niyyəti ilə yaratdıqları müxtəlif adlı saytlar. Təşkil edilən seminarlarla cinsi azlıqlara qarşı mübarizə aparır və onların şərəf və ləyaqətini alçaldırlar. Və buda bir mənalı olaraq mənəvi, psixoloji təziqlərə məruz qalan cinsi azlıqlarının ölkədən qaçıb getməsinə zəmin yaradan hallardandır. Bunun haqqında müəyyən qurumlara yazılı olaraq bildirsəmdə, heç bir nəticəsi olmamışdır. Dövlət cinsi azlıqlara qarşı təbliğat aparan qrumları və şəxslərə müdaxilə etməli və qanunvericilikdə bu təbliğatları qadağan edən hüquq normaları qəbul edilməldir demək istəyirəm ancaq dövlətin güc strukturları bu mübarizəni aparırsa və onları özünü ifadə formalarlna görə həbs edirsə, nə deyəcəyimidə bilmirəm. Lakin sağlam, demokratik, hüququn ali və şah olduğu cəmiyyətlərdə həbslər yalnızca törədilən cinayət əməllərinə görə edilir, seçimlərə və ya özünü ifadə formalarına görə deyil. Belə cəmiyyətlərdə şəxsin hetreoseksual, biseksual, aseksuallıq olduğuna görə həbs edilməsi və qınanması anormallıqdır. Bu birazda bizim təfəkkür olaraq geri qaldığımızdan irəli gəlir. Çünki zehniyyət nədirsə sistemdə ona uyğun tədbiq edilir