Qazipur: Avropalılarla tez-tez müzakirə İranın tərəqqisinin qarşısın alır
Urmunun “millət vəkili” sayılan Nadir Qazipur Tehran press xəbər agentliyinin jurnalistinə belə deyib: Avropalılarla tez-tez müzakirə etmək İranın tərəqqisinin qarşısın alır, İran gərək qətiyyətlə ”Bərcan müqaviləsin” (İranın nüvə proqramı ilə əlaqədar beynalxalq müqavilə) tərk edə. İran dövləti gərək amerikalılar və avropalıların yerinə, İran xalqının mənfəatlərinə fikir edə.
Nadir Qazıpuru yaxşı tanımaq üçün bir müddət bundan öncə onun çıxışından yayılmış bir filmə diqqət etmək yetər. O, bu filmdə iddia edir ki, İran-İraq savaşında mən 12 hərbiçinin komandiri idim, 600 və ya 700 İraq əsgəri özlərin bizə təslim etdilər, mən bilmirdim bunları harada yerləşdirəm. Elə bu səbəbə görə, onları İmam Xomeyni və şəhidlərin adı ilə qətlə yetirdik. Əlbəttə, bu film Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən Əl-Ələbiyyə xəbər agentliyi vasitəsi ilə ərəb dilinə tərcümə olunub ərəb ölkələrində yayılmışdı. Xəbər agentliyi adı gedən filmi bu adla yaymışdı: İranın millət vəkili yüzlərlə İraq əsirin öldürməklə fəxr edir.
Bu misaldan belə nəticə almaq olar ki, Nadir Qazipur danışanda öz sözünün nəticəsinə fikir etmir. Belə demək olar ki, onun sözlərində məntiq və ağıldan əsər yoxdur. O, Tehran pressin jurnalistinə deyir ki, İran gərək qətiyyətlə “Bərcan müqaviləsindən” çıxa. Əlbəttə, o, bunu nəzərə almır ki, əgər İranla avropa ölkələri arasında olan İranın nüvə proqramı ilə əlaqədar müqavilə ləğv olarsa, BMT-nın Təhlükəsizlik orqanı İranı iqtisadi sanksiyalara məruz qoyar. Hal-hazırda İran Amerikanın iqtisadi sanksiyalarına məruz qalıb. Əgər Avropa ölkələrinin də İrana tətbiq edəcəkləri sanksiyaları artırsaq, İranda yaşayan xalqların iqtisadi durumu faciəli bir vəziyyətə çatar. Amma Nadir Qazipur belə düşünür ki, bu iş İranın tərəqqisinə və gəlişməsinə səbəb ola bilər.