İranda xalq tərəfindən mollalara qarşı şiddət artır
Son aylarda İranın müxtəlif yerlərindən məlumat gəlir ki, küçə-bazarda xalqla mollaların arasında toqquşma baş verir. Buna da əsas səbəb hökumətə bağlı olan gənc mollalardılar. Onlar İran rejiminin göstərişi əsasında özlərini əxlaq polisi kimi qələmə verib, ictimai yerlərdə insanların şəxsi yaşayışlarına dəxalət edirlər. Misal üçün, qadınların geyim tərzinə və ya kişilərin danışıq tərzinə irad tuturlar. Son zamanlarda İranda yaşayan xalqların ekonomi durumu Amerikanın sanksiyaları nəticəsində çox pis duruma düşmüşdü. Elə bu da öz yerində əsas səbəb sayılır ki, xalqın küçə-bazarda özünü əxlaq polisi kimi aparan rejim adamlarına qarşı dözümü azalmışdı. Misal üçün, bu il aprelin 28-də Həmədan şəhərində bir molla silah vasitəsi ilə öldürülüb. Bir neçə gün bundan öncə Kərəc şəhərində özünü əxlaq polisi kimi aparan bir molla bir neçə gəncin hücumuna məruz qalaraq çox ağır can xəsarəti alıb və nəticədə təcili yardım onu xəstəxanaya aparıb. Yenə bir neçə gün bundan öncə sosial şəbəkələrdə belə bir məlumat yayılmışdı ki, Ərdəbil şəhərində İran hökumətinə bağlı olan bir gənc molla qadınların yolun bağlayıb onların geyim tərzini bəhanə edib, onlara qarşı təhqiredici ifadələr işlətmişdir. Elə bu da səbəb olmuşdu ki, bir neçə ərdəbilli gənc o mollaya hücum edib, onun əmmaməsin başından götürüb yerə atıb. Hətta əbasın da çıxartmışdılar. Bu pis duruma düşən molla hay-küy salıb xalqdan yardım istəmişdir. Amma onungörən camaat ancaq uzaqdan baxmaqla kifayətlənmişdilər.