İranda bəhayilik dinini qəbul edən musiqi ustadı yoxa çıxıb
İran vətəndaşı gənc musiqi ustadı Hamid Rizvani bir müddət bundan öncə islam dinindən dönüb bəhayiliyi qəbul etmişdir. Təqribən 6 ay bundan öncə, o, xəbərsiz yox olub. Onun qohum-əqrəbələri polisə, xəstəxanalara və hətta həbsxanalara müraciət edib, amma onun barəsində heç bir xəbər əldə etməmişdilər. H.Rizvaninin qohum və dostlarında belə bir qorxu var ki, o, oğurlanıb işgəncə ilə qətlə yetirilib. Onlar ən azı tələb edirlər ki, əgər, o, qətlə yetirilibsə, onun cəsədi ailəsinə verilsin və onlar intizardan çıxıb, ona yas mərasimi keçirtsinlər.
Məlumat üçün qeyd edək, bəhayilik dini İranın anayasasında dini azlıq sayılmır. İranda islam inqilabından sonra yaranan hakimiyyət bəhayilik dininə inananları ağır basqıya məruz qoymuşdu. Belə ki, hətta, İranın müxtəlif şəhərlərində onların məzarları belə dağıdılıb yerlə bir olur.