Güney Azərbaycanda xalq siyasi məhbusların azadlığın istəyir
Son zamanlar Güney Azərbaycanın müxtəlif şəhərlərində siyasi məhbusların azadlığı ilə əlaqədar divaralara şüarlar yazılır. Bir neçə gün bundan öncə, Ərdəbil şəhərində bir neçə gənc milli fəal şəhərin mərkəzində bir böyük plakat qaldırmışdılar. Burda ingilis dilində Güney Azərbaycan siyasi məhbuslarına azadlıq tələb olunduğu yazılmışdı. Onlar hətta siyasi məhbusların, o cümlədən, Abbas Lisaninin şəkillərin maska kimi üzlərinə tutmuşdular. Aksiya iştirakçıları həm fars, həm də ingilis dilində plakatlar qaldırmışdılar. Aksiyada əsas dil kimi ingilis dilindən istifadə etməklə göstərmək istəyirlər ki, rejimin məhkəmə sisteminə inanmırlar.