Məcburi hicaba qarşı olan qadınlara 55 il, 6 ay həbs
Məcburi hicabla mübarizə edən üç qadıına üst-üstə 55 il 6 ay həbs cəzası kəsildi. İranda 3 qadın – Monirə Ərəbşahi, Mujgan Keşavərz və Yasəmən Ariyaei üst-üstə 55 il 6 ay zindana məhkum olundular. Məhkəmə prosesində onların vəkillərinə izin verilmədi ki, məhkəmədə iştirak edib ittiham olunan qadınları müdafiə edə. Bu qadınlara da öncədən məhkəmənin zamanı xəbər verilməmişdir ki, onların özünü müdafiə üçün hazırlıq işləri aparalar. Ancaq zindanın məmurları onları qəfildən zindandan götürüb birbaşa məhkəmə salonuna aparmışdır. Bu qadınların hər birinə konkret olaraq üç ittiham vurulmuşdur:
1.Milli təhlükəsizliyə qarşı cəhd etdikləri üçün hər birisi 5 il həbsə məhkum olunmuşdular.
2.Hökumətə qarşı təbliğata görə hərəsi 1 il həbsə məhkum olunmuşdur.
3.Əxlaqsızlığa və fahişəliyə zəmin yaratdığları üçün hərəsi 10 il cəza almışdır.
Qeyd etməliyik ki, Mujgan Keşavərz əlavə olaraq dini müqəddəsləri təhqir etdiyinə görə 7 il, 6 ay həbsə məhkum olunmuşdu. Qadınların əsas cinayəti bundan ibarətdir ki, beynəlxalq qadınlar günü hicabsız Tehranın metrosunda digər qadınlara gül verib, onları bayram münasibəti ilə təbrik etmişdirlər və filmin çəkərək sosial şəbəkələrdə yaymışdılar. Bu iş dünyanın heç bir yerində cinayət sayılmır, əksinə, danılmaz insan haqqı hesab olunur. Amma İranda bu iş həm milli təhlükəsizliyə qarşıdır, həm hökümətə qarşı təbliğat sayılır, həm də fahişəliyə zəmin yaradır.