Polşada Amerika hərbi bazası yerləşdirilə bilər
Polşa (Ləhistan) hökuməti ölkənin şərqində Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi bazasının yerləşdirlməsi məsələsini araşdırır.
TASS-ın yaydığı məlumata görə, bunu RMF FM-ə müsahibəsində Polşanın Baş naziri dəftərxanasının rəhbəri Mixal Dvorçik deyib. O bildirib ki, belə bir addım bütün regionun təhlükəsizliyi baxımından böyük hadisə olardı. Onun sözlərinə görə, hökumət ABŞ bazasını ölkənin şərq, yaxud şimal-şərq bölgəsində yerləşdirməyə tərəfdardır. Qeyd edək ki, Polşa ərazisində ABŞ hərbi bazasının yaradılması bu ayın 18-də iki ölkə prezidentləri Anjey Duda və Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşün əsas mövzusu olub. “Report”