Güney Azərbaycanın Milli Hərəkatında Xomeyni sindiromu
Şəxsiyyətpərəstlik ondan ibarətdir ki, biz bir fərdin dediyini eşitməyək, etdiyi əməlini görməyək və onun həqiqi şəxsiyyətinin kənarında xəyal aləmində öz istək və arzularımızın əsasında bir başqa şəxsiyyət yaradaq və bu şəxsiyyətə sitayiş edək. Alimlərin nəzərinə görə, şəxsiyyətpərəstlik bu mənada xurafat sayılır və onun da savadsızlıq, savadın azadlığı və ya demokratik rabitələrdən təcrübəsizlik bais olur. Əgər bu şəxsiyyətpərəstlik bir həddən üstə gedərsə, ona psixoloji xəstəlik kimi baxıla bilər
İranda bir zərb məsəl var: “Deyərlər ki, kuzədən ancaq o çıxar ki, onun içində var”. Bu məsəldən məqsəd ondan ibarətdir ki, hər bir insan öz mahiyyəti əsasında əməl edir. Bizim istək, arzularımız əsasında əməl etmir. Bu səbəbə görə də, siyasət aləmində şəxsiyyətpərəstlik və hər bir insanı istək və arzular əsasında elə göstərmək ki o deyil, faciə ilə nəticələnə bilər. İran İslam İnqilabı ərəfəsində milliyyəti fars olan və tanınmış jurnalist Hacəsğər Seyidcavadi nəşr etdiyi “Combeş” adlı qəzetdə Xomeyni barəsində belə yazmışdı: “İmam Xomeyni Nuhun səsi, İbarahimin əbası, Musanın əsası, İsanın səmimiyyəti, Məhəmmədin kitabı ilə gəlir. O, laləlikləri keçəcək və insan azadlığını car çəkəcək.” İran İslam İnqilabı qələbə çalandan sonra, İran rejimi adı çəkilən jurnalistin tamam məttahlıqlarını unudub, ancaq bir balaca tənqidi fikrinə görə, ona məhkəməyə çəkib və bir neçə milyon tümən cəriməyə məhküm etmişdir. Bu misalı çəkməkdə mədsədim odur ki, adı çəkilən jurnalist Ayətullah Xomeyninin barəsində yazanda onun düzgün mahiyyəti yerinə, öz istək və arzularını yazmışdı. Çünki Ayətullah Xomeyni İran İslam İnqilabının qələbəsindən qabaq bir neçə kitab yazmışdı. O cümlədən, “İslam Hökuməti” adlı kitabında hökumət quruluşu haqqında öz baxışını vermişdir. Xomeyni bu kitabında və digər yazılarında heç vaxt Qərb mədəniyyətinə öz düşmənçiliyini gizlətməmişdir. Bildiyiniz kimi, Qərb mədəniyyətinin əsası çoxrəyçilikdir. Təbiidir, əgər bir insan fərqli fikirlərə öz düşmənçiliyin göstərirsə, o, laləliyi keçib insan azadlığını car çəkə bilməz.
İranın Tudə Partiyası da xəyal aləmində “İmam Xomeyni xətti” adlı nəzəriyyəni kəşf etmişdir. Bu partiyanın fikrinə görə, xəttin əsas təməlləri zidd imperialist, zidd istibdad, ayrı – seçkiliyə qarşı ədalətsevər, fərdi və ictimai azadlıqlardan müdafiə etməkdən ibarət olmalıdır. Amma nəzəriyyədə Tudə Partiyasını jurnalist Hacəsğər Seyidcavadi kimi İran rejiminin qəzəbindən kənarda saxlamamışdır. Beləki bu partiyanın bəzi üzvləri edamla cəzalandılar və bəziləri də uzun həbsə məhkum olundular.
Milliyyətcə Azərbaycanlı olan İranın tanınmış yazıçısı doktor Qulamhüseyn Saidi Xomeyni ilə olan görüşünü belə izah edir: “Xomeyni İrana gələndən sonra İranın Yazarlar Təşkilatı belə qərara gəldi ki, onunla görüşüb və mətbuatla bağlı söhbət edələr. Çünki mətbuata qarşı senzura başlanmışdı və elə buna görə də Yazarlar Təşkilatı bu qərara gəldi ki, yalnız onunla görüşüb, bu məsələni həll etmək olar. On altı və ya on yeddi yazıçı yığışıb bu görüşə getdik. İçimizdə ancaq bir qadın var idi, o, da Simin Daneşvər idi. Onun başında bir şal var idi və bir şeyx ona hey deyirdi ki: “Şalı bir az çək qabağa, tükünü yaxşı örtsün.” Birinci Siyavəş Kəsrayi idi ki, o, qaçıb Xomeyninin qabağında dizi üstündə oturdu. A. Xomeyni üzünü bizə tutub dedi: “Bu inqilabın faydası bu idi ki, biz din xadimləri siz yazıçılara yaxın düşdük.” Sonda dedi ki, siz məcbursuz islamla baqlı yazasız. İslam mühümdür və o şey ki mühümdür, o da islamdır! Bundan sonra islama yazın.” Bu sözü ilə o bizi daş üstündə buz elədi. Biz ora getmişdik problemlərimizdən deyək, senzuranın götürülməsini xahiş edək. Amma əksinə, o bizə nə yazacağımızı təyin etdi. Xanım Simin Daneşvər Ayətullaha çox sevgi nişan verirdi. Hətta arada icazə istədi ki, onun əlin öpə. A.Xomeyni cavab verdi: “Bu işin nə faydası var, öpməmişdən getsinlər.” Mənə ən maraqlısı bu idi ki, yazıçıların bəziləri özlərin Xomeyniye onu çox sevən şəxs kimi göstərirdilər. Mənim vicudumu çox dəhşətli kədər almışdı. Görüş qurtarıb oradan çıxanda küçədəki divarın üstünə yazılmış bir şüar mənim diqqətimi çəkdi: “Ziyarət qəbul!”
Doktor Qulamhüseyin Saidi bu yazısı ilə bildirmək istəyir ki, şəxsiyyətpərəstlik ancaq küçə – bazar adamlarına aid deyil, hətta İranın çox tanınmış ziyalıları da bu xəstəliyə düçar olmuşdurlar. Şaiyyət, bu yerdə belə bir sual vermək olar: Şəxsiyyətpərəstlik nə ilə izah olunur? Şəxsiyyətpərəstlik ondan ibarətdir ki, biz bir fərdin dediyini eşitməyək, etdiyi əməlini görməyək və onun həqiqi şəxsiyyətinin kənarında xəyal aləmində öz istək və arzularımızın əsasında bir başqa şəxsiyyət yaradaq və bu şəxsiyyətə sitayiş edək. Alimlərin nəzərinə görə, şəxsiyyətpərəstlik bu mənada xurafat sayılır və onun da savadsızlıq, savadın azadlığı və ya demokratik rabitələrdən təcrübəsizlik bais olur. Əgər bu şəxsiyyətpərəstlik bir həddən üstə gedərsə, ona psixoloji xəstəlik kimi baxıla bilər. Deyirlər, bir nəfər öz xəyalında Koroğlunu əfsanələşdirib, qeyri – adi insan kimi təsəvvür etmişdi. O, birinci dəfə Koroğlunu görəndə çaş – baş qalmışdı. Koroğlunun insan olduğuna inanmamışdı. Və ondan sual etmişdi: “Sən ki mənim kimi insansan. Necə Koroğlu ola bilməzsən? ” Ancaq Şərq aləmində yox, hətta dünyanın inkişaf tapmış ölkələrində elə sekta qrupları var ki, bu qrupun üzvləri hər zaman hazırdılar, əgər qrupun rəhbəri fərman verərsə, hamısı birlikdə intihar edələr. Və ya başqa bir misalda, İranın Xalq Mücahidləri Təşkilatının rəhbərlərindən biri — xanım Məryam Rəcəvi Fransa polisi tərəfindən bir neçə gün müvəqqəti həbs olununda bu sazimanın bəzi üzvləri onun müvəqqəti həbsinə etiraz əlaməti olaraq, öz üzərlərinə benzin töküb özlərini yandırmışdırlar.Burda bir nöqtənin üzərində diqqətli olmalıyıq. O da bundan ibarətdir ki, şəxsiyyətpərəstliklə ümumi milli liderlər arasında hədsiz sevgiyə fərq qoymalıyıq. Biz ümumi milli liderləri xəyal aləmində yaratdığımız şəxsiyyətə xatir yox, bəlkə onların həqiqi şəxsiyyətlərinə və gördükləri müəyyən işlərə xatir sevirik. Mən birinci dəfə Əbülfəz Elçibəyin məzarın ziyarət edəndə çalışdım onu bir başqa kəsə oxşadam. Amma baxdım o heç kəsə oxşamır. Əbülfəz Elçibəy elə Əbülfəz Elçibəydir. Əgər Şimali Azərbaycanda sərbəst şəraitdə, o, beş illik prezident seçildi, amma bu böyük insan öz sözü və əməli ilə biz Güneyli Azərbaycanlıların həmişəlik ürəklərinin prezidenti oldu.
Güney Azərbaycan Milli Hərəkatında şəxsiyyətpərəstlik təhlükəsi
Ümumi halda İranda yaşayan millətlər və xüsusən də, Güney Azərbaycanlıların içində savadsızlıq və azsavadlılıq artır. Eyni halda siyasi rabitələr demokratik mahiyyət daşımır. Təlim və tərbiyyədə və informasiya vasitələrində xurafat geniş yayılır. Bu amillər əl – ələ verib şəxsiyyətpərəstliyə maddi zəmin yaradır. Belə bir təhlükə var ki, ancaq bir neçə ayın içində Güney Azərbaycanda bir fərd meydana çıxıb və millət onu büt kimi qarşılaya. Necə ki, Ayətullah Xomeyni adsız – sansız bir din xadimi idi. Amma bir neçə ayın içində xaricdə yayılan radio vasitəsi ilə İranda yaşayan millətlərə tanıtdırıldı və milyonlarla insana rəqibsiz lider oldu. Bu növ şəxsiyyətpərəstlik və büt düzəltmələr ya milli hərəkatın qələbəsinə ciddi maneə yaradar, ya da ki, ən yaxşı halda Milli Hərəkatımızın qələbəsindən sonra demokratik reforma proseslərinə qarşı əngələ çevrilər. Misal üçün, Cənubi Afrikanın irqçi rejiminə qarşı Nelson Mandella qaraların ümumi milli lideri kimi qəbul olundu. Nəhayyət ki, 1994 – cü ildə Cənubi Afrikada sərbəst seçkilər nəticəsində o prezident seçildi. O, prezident olandan sonra Cənubi Afrikada ağların irqçi rejiminin yerinə bir siyasi demokratik sistem yarandı.Siyasi, iqtisadi və mədəni sahələrdə güclü demokratik reforum başlandı. Elə bu səbəblərə görə Cənubi Afrikanın siyasi etibarı bir demokratik ölkə kimi dünya ictimaiyyətində nüfuz qazandı və Nelson Mandellaya da Nobel üzrə sülh mükafatı verildi. Bu bir yaxşı misal idi və siz bunu müqayisə edin Zimbave ilə. Bu ölkədə də ağların irqçi rejimi hakim idi. Zimbavedə Robert Muqabe qaraların ümumi milli lideri kimi qəbul olundu və nəhayət ki, 1979 – cu ildə azad, sərbəst şəraitdə seçkilər oldu və 1980 – ci ildə o dövlət başqanı seçildi. R.Muqabe antidemokrat şəxs olduğu üçün siyasi, iqtisadi, mədəni sahələrdə demokratik reforma proseslərinə qarşı ciddi maneəyə çevrildi. O, 28 ildir Zimbaveyə hakimdir və onun idarə üsullarının nəticəsində Zimbave dünya ictimaiyyətinin gözündə öz siyasi etibarın əldən verib. İqtisadi baxımdan ölkə iflasa yetib. Çox sayda insan tənqidi fikirlərinə görə öldürülüb və ya işgəncə altında əlil olub, ya da uzun həbsə məhkum olub. Əlbəttə, çoxları da ölkəni tərk etməyə məcbur olublar. İndi iş o yerə gəlib çatıb ki, qaralar irqçi ağ rejimin hakim olmağın bu günki vəziyyətdən yaxşı hesab edirlər. Bu iki misaldan görürsünüz ki, bir antidemokrat lider ilə bir demokrat lider arasında nə qədər fərqlər ola bilər. Biz elə bu tarixi hadisələrdən dərs alıb, izni icazə verməməliyik ki, antidemokrat qüvvələr milyonlarla insanın taleyi ilə oynayalar.