Koronavirus müqəddəs ziyarətgahları gözdən saldı
Son məlumata görə, artıq dünyanın 70-dən artıq ölkəsinə koronavirus ayaq açmışdır. Ən çox virusun yayıldığı ölkələr sırasında Çin, Yaponya və İran gedir. Bunların içində ən pis dərmanla təchiz olunan İrandır və koronavirusla mübarizədə Çin İrana tibbi ləvazimatlar göndərir. Çox qəribədir ki, molla idarəçiliyində olan hakimiyyət milləti dərdin dərmanın müqəddəs ocaqlarda daş məzarlıqları yalamaqla şəfa tapacaqlarına inandırmağa çalışır. Əgər gerçəkdən də öz dediklərinə özləri inanırlarsa, o zaman nədən mollaların özləri İranın şimalındakı ən bahalı otellərdə gizlənirlər? BBC-nin verdiyi son məlumata görə, bu ölkədə ölümün sayı artıq 200 nəfəri ötüb. İsveçin ST1 teve kanalının verdiyi xəbərə görə, İran hakimiyyəti 55 mindən artıq dustağı zindanlardan birdəfəlik buraxıb. Bunu heç də molla rejiminin hümanist addımı kimi qəbul etmirik. Əgər edəriksə, sadalövhlük etmiş olardıq. Molla rejimini tanıyan hər bir insan yaxşı bilir ki, dünyanın ən qəddar, amansızlıqda faşist Hitleri keçmiş rejimimi zindanların qapısını məcburiyyət qarşısında açmışdır.
Bütün bunlar göstərir ki, molla rejimi artıq dövləti idarə etmək iqtidarında deyil, hakimiyyət süqut edir.
Eluca Atalı