Minski qrupu, türkün yaddaşsızlığına hesablaya bilməzsən Qarabağı!
İsveçdəki yazarımız Eluca Atalı ilə müsahibəni hazırladı Nəzmiyyə Hicran.
N.H.: İllərdir ki, xaricdə Qarabağın azadlığı uğrunda mücadilə aparan ziyalılarımızdansınız, həm də bu mövzuda son illər “Tiqranimz Xocalıda” və “Nalşəkilli mühasirə” kitablarını yazmısınız ki, bəzi dillərə də çevrilib. Sizə, Dağlıq Qarabağın azad edilməsinə maneə nədir?
E.A.: Dağlıq Qarabağın azad olmasına manəa olan ən başlıca səbəb bizim türk kimliyimizdir. Biz türk olaraq, sözə inanırıq və əmin-əmanlığı sevərik. İnanırdıq ki, ATƏT-in Minsk qrupu Qarabağın sülh yolu, danışıqlarla həlli yoluna verdiyi sözü yerinə yetirəcək, amma bizi aldatdı, yetirmədi, aldatmağında davam edir. Hələ də ikili standartlarla məsələyə yanaşıb, bizi sadəlövh uşaq kimi o yan – bu yana . Bakıda BMT-nin, AtƏT-in, Minsk qrupunun ofisi olduğu, nümayəndələrinin çalışdığı halda, nədən onlardan bir nümayəndə yeni münaqişə ocağına çevrilməş Tovuza gedib aidiyyatı qurumlara gördüklərini raport etmədilər?
İkinci bir tərəfdən qarşımızda olan erməninin kimliyinə hesablaya bilmirik Qarabağın azadlığını. Unuduruq ki, erməni söz adamı deyil, o fiziki gücdən qorxandır. Bu səbəbdən erməniyə güc göstərmək gərəkdir!
N.H.: 28 ildir 20 faiz torpaqlarımız düşmən tapdağındadır və onlar insanlarımızı müharibə qanunlarından kənar qətlə yetirərkən dünya ictimaiyyəti bunlara susur, hətta tamaşa edir də deyə bilərəm. Bu vəziyyətdə Azərbaycanın öz torpaqlarını azad etmə yollarını nədə görürsünüz?
E.A.: Yalnız güc tətbiq etməklə torpaqlarımızı azad etməkdə. XIX əsrdə Qafqaza səyəhət etmiş və Qarabağda, Şuşada, Xankəndində qonaq olmuş fransız yazıçısı Aleksandr Duma öz gündəliyində Qafqaz xalqlarını təhlil edərkən yazır: “Türkün verdiyi sözə inan, rusun yazılı müqaviləsinə, ermənin nə sözünə, nə müqaviləsinə.” Sözə və müqaviləyə məhəl qoymayan erməni ilə hansı dildə danışacaqsan? Odlu silahla! Erməni yaxşı yaşamağı sevən millətdir, əgər ona güc tətbiq etsən, Qarabağda, istərsə İrəvanda yeri narahat olsa, ev-eşiyini atıb günü xoş keçən yerə qaçacaq. Ümumiyyətlə, ermənidə yurd anlayışı yoxdur. Onlarda kilsə anlayışı yurd anlayışından üstündür.
N.H.: İyulun 12-dən bəri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində “şiddətli döyüşlər” gedir və işğalçı Ermənistan xarici ölkələrdə aksiyalar keçirərək dünya ictimaiyyətində özlərini “qurbanlıq quzu” kimi göstərməyə çalışırlar… Siz nə edirsiniz? Ermənilərlə üz-üzə gələrkən reaksiyalarınız necə olur?
E.A.: Siz ermıni dövləti deyirsiniz, mən istəyirəm ilk növbədə “erməni dövləti” anlayışının tarixinə nəzər salaq və bundan sonra bizim və ermənilərin xaricdəki təbliğatının səviyyəsini izah etmək bizdən ötrü zor olmayacaq. Ermənilərdə tarixən dövlətçilik ənənəsi olmayıb, mənə qalsa, bunlar təbiətən tənbəl və yaxşı yaşamağı sevdikləri üçün özlərini ağır işlərə verməyiblər, o cümlədən dövlət yaratmaqda da siyasi istedadları yoxdur. Nümunəsi, indiki Ermənistan, o dövlət deyil, Rusiyanın əyaləti səviyyəsində idarə olunan və Rusiyanın Cənubi Qafqazda çomağıdır. Erməniləri tarixən, elə bizim eradan da qabaq məbədlər idarə ediblər, keşişlər bunlarda siyasi lider rolunu oynayıblar. İlk dəfə erməni dövləti ideyası bizim eranın 50-60-cı illərində Roma imperiyasının zəifləyən zamanında ortaya çıxıb. İmperiya zəifləyəndə imperiya ordusunun sərkərdələrindən biri olan erməni əsilli Tiqran Roma imperiyasının bir hissəsini erməni dövləti elan edir. Lakin bu cəmi 3-4 il adın üzərində saxlaya bilir, çünki imperator Marsel Tiqranı atının quyruğuna bağlayıb avropada sürütləyir, gözü qorxan ermənilər bundan sonra heç bir zaman dövlət qurmağa cəhd etmirlər, ta ki gəlir 1918-ci ilə kimi. Dövləti olmayan millətlər dünyaya səpələnməyə meyilli olurlar. Başqa bir tərəfdən farslarla yahudi hetlərin birləşməsindən əmələ gəlmiş ermənilər farslar kimi amansız, arxadan vuran olmaqları ilə yanaşı yahudi kimi sərmayəçidirlər, ticarəti yaxşı bacarırlar. Bu səbəbdən də onlar dünyaya səpələniblər, harda iqtisadiyyat güclü olubsa, ora cumublar. O cümlədən, Bakıya da 1890-cı illərin sonu Bakıda neft fantan vurub, dünyanın dörd bir tərəfindən kapitalistlər Bakıya sərmayə yatıranda onlar da gəliblər, lakin tez bir zamanda şəhərin iqtisadi-siyasətini ələ almağa çalışıblar: Bakı meri, neft qurultayının prezidenti erməni olub, bu yolla da 1918-ci il qanlı mart soyqırımını paytaxtımızda uğurla yerinə yetiriblər.
Ermənilər əsrlərdir dünyaya səpələndikləri üçün onların diasporaları və lobbiçilik fəaliyyətləri xaricdə bizimkindən qat-qat güclüdür. Onlar yaşadıqları ölkələrin partiyalarına soxulub parlamentdə yer alır, nazir postuna qədər yüksəlirlər. Bizimsə diasporamızın yaşı azdı, hardasa 30 və ya daha gənc hesablaya bilərik. Bu da əsasən Qarabağ savaşından sonra xaricə gedənlərdir. Deyə bilərsiniz, 1920-ci ildə Demokratik Respublikaya olan basqıdan sonra xaricə gedənləri niyə hesablamırıq? Onların ikinci, üçüncü nəsli asimlasıya siyasətinə uğradılar, təəssüflə… Ermənilər esrlərdir türklərin əleyhinə iş aparıblar, 1915-ci il sözdə erməni soyqırımını güclü formada təbliğ ediblər, bu haqda saysız kitablar yazıblar, filmlər çəkiblər, dünyanın aparıcı universitetlərində vaxtaşırı konfranslar verirlər. Belə görünür biz indi onların əks təbliğatlarını, əsrlərdir insanların beyinlərinə axıtdıqları informasiyanı yumaqla məşğuluq. Mən indi durum sizə deyim ki, ədalət bizim tərəfimizdədir, sizi aldatmış olaram. Biz indi gərək o qədər enerji qoyaq, o qədər film çəkək, publisistik, tarixi kitablar yazıb yayaq ki, erməni yalanı ilə beyni dolmuş insanları öz tərəfimizə çəkək. İndi biz xaricdə yaşadığımız ölkələrdəki erməni səfirliklərinin və parlamentlərin qarşısında əsgərə dəstək aksiyaları keçirir, Tovuz, Qazax, Gədəbəy, Naxçıvanda durmadan olan dövlət sərhəd pozulmalarını dilə gətirir, faktları göstəririk.
Yerigəlmişkən, “Tiqranizm Xocalıda” kitabım yayımlanandan sonra bir qrup erməni mənə hücum etdi, görüşmək istədilər, görüşdüm. İlk sözləri bu oldu: “Sən bu kitabı aşırı türkçü-millətçi mövqeyindən yazmısan.” Dedim: “Xocalını erməni mövqeyindən yazmaq mümkündürmü?”
N.H.: Sülh prosesinə və ya torpaqlarımızın bütövlüklə azad olmasına mane olan nədir? Xaricdən necə görsənir baş verənlər? Qonşu ölkələrin reaksiyaları necədir?
E.A.: Məncə, sizin sualınıza yuxarında müəyyən qədər cavab verdim, yalnız bunu əlavə edəcəm, inamımız mane olur. Xarici təşkilatlara – BMT, ATƏT və onun Minsk qrupuna bel bağlamağımız torpaqları azad etməyimizə mane olur. Gözüdağınıqlıqdan yığışmalıyıq, Qarabağın azadlığı üçün özümüzdən kənar qüvvələrə bel bağlamağımız bizi uçuruma aparır. Azərbaycanda baş verənlər həm mənfi və həm də müsbət görünür. 30 ildir savaş gedir, amma hələ də yurdumuzun 20%-nin işğalda olması acınacaqlıdır, amma kütləvi şəkildə gənclərimizin səfərbərlik tələbi sübut edir ki, bu millət yurdunu gerçəkdən qaytarmaq istəyir. Mən dünən İsveç parlamenti qarşısındakı çıxışımda da açıq şəkildə dedim, 1988-ci ildə Azadlıq meydanına yığışıb Qarabağn Topxana meşəsində ağacın kesilməsinə 2 milyon etiraz bildirirdisə, 32 il sonra yenə də yeni bir gənclik, Qarabağ savaşını qətiyyən görməmiş bir nəsil yurdunun geri qaytarılmasını tələb edir. Demək, zaman bizə mənfi təsir göstərməyib, əksinə səbr və dözüm sözlərinin üzərindən qara xətt çəkib.
N.H.: Qarabağı işğaldan azad etməyin yolunu nədə görürsünüz? Niyə gecikirik… Niyə və nəyi gözləyirik?
E.A.: Savaşda görürəm, yalnız və yalnız savaşda! Erməni fiziki gücdən qorxandır, sən bir gün bütün cəhbəboyu, əlbəttə, rusu eşitmədən hücuma keçərsənsə, 30 ildə BMT-nin verdiyi 4 Qətnamədən daha güclü iş görmüş olarsan. Erməni ayaqqabısın belə geymədən alt tuman-köynəkdə qaçar. Məgər biz düşmənin psixasına bələd deyilik, onun kimliyini tanımırıq? O özbaşına girmədi ki, Qarabağa. Onu orda oturdan var. Belə görünür ki, biz yenə erməni havadarından imdad istəyirik. Son günlər Minskidə xarici işlər nazirlikləri və o cümlədən Paşayanda olmaqla münaqişənin həlli üçün toplantı keçirildi. Toplantıya şərh verən deputat Səməd Seyidov “Biz 300 il də gözləyə bilərik” deyir. Xeyr, biz 3 saat da gözləməməliyik, ən yaxşı müdafiə hücumdur! Deputat Qüdrət Həsənquluyev “Savaş üçün Rusiya bizə izin verməlidir” fikrindədir. Nə qədər absurd bir düşüncə, məgər biz Qarabağda Rusiya ilə savaşmırıqmı? Sən indi deyirsən, rus izin ver sənə güllə atım. Bunların düşüncə mərkəzində azərbaycançılıq mövqeyi durduğuna nə dərəcədə inana bilərik?
Biz unutmamalıyıq, Qarabağ bu gün bizim üçün torpaq məsələsindən daha çox ləyaqət, namus məsələsidir.
N.H.: Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret 3 şərti var: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır və Dağlıq Qarabağda Rusiyanın sülh məramlı qüvvələri yerləşdirilməlidir… Azərbaycan bu şərtləri qəbul etməlidirmi?
E.A.: Qaçılmaz faktdır ki, Rusiya ilə qonşu olmaq kimi tarixi fəlakətimiz var, bildiyimiz kimi elə erməni məsələsin XIX əsrin əvvəllərindən bizim üçün yaradan da farslarla ruslardır. Rusiyanın bu günə qədər hər hansı bir xoş niyyətin təəssüf ki görməmişik, ən başda ölkəmizə qoşun yeritməsini. 1920-ci ildə də işğal adı ilə yox, elə xoş niyyətlə gəldiklərini iddia edirdilər, lakin 28 apreldə ölkəmizə basqın edib Milli hökümətimizi devirdilər. Bizim müstəqilliyimizdə əldə etdiyimiz müsbət şeylərdən biri və ən başlıcası rus qoşununu 70 ildən sonra torpaqlarımızdan çıxarmağımızdır. Rus girdiyi yerdə sülh olmaz, müharibə olar və ordan qansız çıxmaz. 60-cı illərdə Çexoslovakiyaya, 80-ci illərdə Əfqanistana girməsi, göz yaddaşımıza göz dağı kimi həkk olunmuş 20 yanvar faciəsi, 2008-ci ildə bir gecədə 2 min gürcünü qırdı və s. Tarix bunu sübut edir. O baxımdan Rusiyanın şərtlərin qəbul etmək təslimçilik aktına yenidən qol atmaq olar.
N.H.: Azərbaycanın hərbi təyyarələrinin Qarabağın hava məkanında uçuş yapmalarının zamanı çatmayıbmı? İşğalçı Ermənistan generallarımızı, əsgərlərimizi, sivil insanlarımızı sülh şəraitindən istifadə edib hər fürsətdə qətlə yetirir. Generalları məhv edilən ölkənin gələcəyi necə olacaq?
E.A.: Sizin sualınıza geniş cavab verəcəm, əsasən də “Generalları məhv edilən ölkənin gələcəyi necə olacaqla” bağlı.
Nəyə dözməliyik və niyə dözməliyik? Etiraf edim ki, Qarabağ olayları başlanandan bəri mən dözüm, səbr kimi insanları sakitliyə səsləyən kəlmələrə nifrət edirəm. Bu bizdə susqunluq yaradır. Bu dəqiqə dözmək və məhçul bir ünvandan kiminsə gəlməsini gözləmək ətalətdir. Nə Sahibi Zaman gələcək, nə də İsa Məsih… Bizim Sahibi Zamanımız, İsa Məsihimiz öz say-seçmə oğullarımızdır, minlərlə cəhbədə vətəni qoruyanlar, qorumaq istəyən və qeyrətli oğullarımız. Kənardan xilaskar gözləmirik, nə də deputatlarımızın dediyi kimi, 300 il gözləməyə ləyaqətimiz yol vermir!
Torpaq namus məsələsidir! Asif Ata: “Torpaq – müqəddəsləşən yurddur!” – deyir- Bu gün Qarabağ bizim üçün müqəddəs yurd olmaqla yanaşı, həm də ləyaqət məsələsidir. Bunu bilməyənlər varsa, bu müsahibəni birbaşa həmin adamların ev ünvanına da fiziki məktub kimi göndərməyə hazıram. Təki bilsinlər biz YURDUMUZU istəyirik, ora çaqqal yuvası, narko biznes bazarına çevrilə bilməz. O yurdda türk bəyi, türk igidi Qarabağ atının belində öz belini şux tutaraq gəzib.
ATƏT-in Minsk qrupunun həmsədirləri Rusiya, Fransa Amerikadır.
Rusiya Qarabağ olaylarının birbaşa müəllifi, Fransada erməni lobbisi güclüdür bunu da bilirik. Bunlar Azərbaycanın xeyrinə iş görəcək qədər vicdan sahibləri deyillər. 2017-ci ildə Stokholmda keçirilərn Ermənistan-Azərbaycan münaqişəsinə dair simpozumunda Minsk qrupunun 3 nümayəndəsinə ermənilərin Qarabağa köçmələri ilə bağlı Ağdamda üç yol ayrıcında 1978-ci ildə qoyduqları və 1988-ci ilin fevralında münaqişə başlarkən öz əlləri ilə vurub dağıtdıqları ermənilərin Qarabağa köçürülmələri ilə bağlı 150 illik abidəni göstərdim, dedilər, “Bilirik”. Diqqət edin, hamı hər şeyi bilir, çıxış yolu göstərilir – sülh yolu ilə münaqişənin həlli, amma nəticə yoxdur. Bu məsələ Markesin “Bir qətlin tarixçəsi” əsərini xatırladır, hamı hər şeyi bilir, amma hadisələr öz axarı ilə gedir, kimsə bunun qarşısını almağa cəhd etmir və qadir deyil! O zaman sizdən soruram, bu üzdəniraq Minsk qrupu kimə lazımdı, nəyə gərəkdir? Adam qapısındakı yumurtlamayan toyuğu belə bəhrəsiz bilib, kəsib yeyir. Biz bu boyda div kimi siyasi qrupdan bir qram bəhrə görmədiyimiz halda yenə də ona gözmü dikməliyik? Bu novruzəlilik deyilmi?
Məsələnin başqa bir tərəfi, dünyada olan münaqişə ocaqlarina nəzər salaq, 50 ildən artıqdır Kəşmir münaqişəsi var, 3 yerə bölünüb – Çin, Banqiladeş və Hindistan arasında, amma bu münaqişəni həll edəcək heç bir qrup yaranmayıb, Qezza münaqişəsi Fələstin və İsrail arasında olan, nədən bu 70 ildə bir dənə də olsun münaqişənin sülh yolu ilə həlli üçün qrup yaradılmayıb? Eləcə də Serbiya-Hersoqovinya və digərləri.
Minsk qrupunun fəaliyyəti nəyə hesablanıb? Zaman qazanmaq, vaxtı bacardıqca uzadıb, axırda Qarabağı ermənilərin xeyrinə həll etmək. Baxın, bu gün coğrafi baxımdan Qarabağ bizim sayılır, amma siyasi baxımdan, o torpaqların nemətlərinin mənimsənilməsi erməniyə aid olub. Bunu ürək ağrısı ilə deyirəm. Bizim tarixi yaddaşsızlığımıza hesablamasınlar Qarabağı, bu arzuları gözlərində qalacaq.
Rusiyanın qonşuluq prinsiplərini pozduğunu qədərincə dedik və Qarabağ münaqişəsində yüz faiz maraqlı olduğunu artıq tək biz yox, bütün dünya bilir. İranın mövqeyi bu məsəslədə…
Xudafərin və Qız Qalası suelektrik stansiyalarının tikintisi, son skandal olayı hamımız bilirik. İran Qarabağdakı ermənilərin xeyrinə yeni körpülər salır, Cəbrayılın və digər işğal olunmuş ətraf rayonların kəndləri su altında qalıb. Bildiyimiz kimi, Amerika və qərb İrana qarşı iqtisadi sanksiyalar qoyublar, İran öz mallarını dünya bazarına çıxara bilmir. Amma Dağlıq Qarabağla İran arasında salınmış körpülərlə öz mallarını dünya bazarına erməni malı kimi çıxarır. Diqqət edin, 2019-cu il qara kürü istehsalı və satışı üzrə Qarabağ birinci yerə çıxıb. Qara kürü ağ balıq və nərə balıqları kimi nəhəng canlılardan alınır, onlar böyük dəryalarda üzürlər. Qarabağda isə belə bir dərya və ya çay olmadığından o balıqların bu yerlərdə toxumu belə ola bilməz. İkinci bir fakt isə, yenə 2019-cu il dünya statistikasında xalça istehsalı və satışı üzrə Qarabağ ikinci yerə çıxıb. Kimsə soruşmur ki, bir ovuc yer necə olur xalça istehsalı üzrə ikinci yerə çıxır? Mən başa düşmürəm, dünya çörəyi qulağınamı yeyir? Bu kimi faktları görmürmü? Bütün sadaladığım məhsullar İrana məxsusdur.
N.H.: Biz bu gün nə etməliyik? İllərdir yazırıq, deyirik… Səsimizi niyə eşitmirlər? Azərbaycanın Türkiyə ilə birləşməyinə nə mane olur?
E.A.: Biz biməliyik, ermeni ölər, amma öz şezoferin iddiasından əl çəkməz. Güc göstərməliyik!
Azərbaycan ilə Türkiyə hər sahədə əməkdaşlıq etməlidir, ilk növbədə hərbi sahədə. Türk ittifaqı yaranmalıdır – mədəni, siyasi, iqtisadi, hərbi birlik.
Siyasi çıxış yolumuzu mən Asif Atanın fikri ilə deyəcəm. O deyir, erməni ruhani, mənəvi güc tanımır, o fiziki gücdən qorxandır. Erməniyə 50 milyonluq azərbaycan türkünün təpiyi gərəkdir. Məsələnin biryolluq həlli Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsindədir, zatən, erməni problemi Azərbaycan ikiyə bölünəndən başlayıb. Ata deyir, biz Qafqazda şanslı xalqıq, biz türk dünyası adlanan dənizə axırıq.
Bu gün Türk Dünyasının BİR OLMA zamanıdır!
Azərbaycanla Türkiyənin bu gün birləşməsinə maneə olan kosmopolit və kommunist düşüncəsidir, hər iki tərəfdə türkçülük ideyası yetişməlidir. Yad ideologiyalardan qurtulmaq zamanı çoxdan çatıb.