Terroru hər kim edirsə, məhkum edilməlidir
Terrorizmi yaxşı və ya pisə bölmək olmaz, terror vəhşilikdir, bu səbəbdən də məhkum olunmalıdır. Mən Güney Azərbaycan Milli Azadlıq Hərəkatının bir fəalı kimi bu təməl prinsipə inanıram, hər hansı bir insan baxmayaraq, nə dərəcədə dəhşətli cinayət törədir, onun insani haqqı var özünə vəkil tutub mühakimə prosesində özünü müdafiə edə. Bu təməl prinsipin əsasında mən deyə bilərəm ki, İran nüvə alimi Möhsüm Fəxrizadənin terroru da məhkum olunmalıdır. Amma eyni halda xatırlatmalıyam, bu acınacaqlı vəziyyətə İranın cinayətkar rejimi səbəb olub. M. Fəxrizadə İranda terror olunan yeddinci nüvə alimidir. Bu növ terrorlar çox ehtimalla İsrail tərəfindən həyata keçiriləndə İran rejimi hadisəyə intiqam reaksiyası olaraq İran vətəndaşı olan bir neçə siyasi məhbusu İsrail cəsusi adı ilə ittihamlayıb edam edir. Mən ehtimal edirəm ki, M.Fəxrizadənin terroruna intiqam olaraq, Güney Azərbaycanlı tibb alimi, İsveçin Korolinski Universitetinin araşdırmaçısı Əhmədrza Cəlalini İsrail cəsusu kimi edam edəcək. Bu vasitə ilə də hizbullahın ürəyinə sərin su səpəcək.
Mahatma Qandinin məşhur bir sözü var: “O şey ki, şiddətlə ələ gələr, ancaq şiddətlə onu saxlamaq olar.” Uluslararası tanınmış bir fikir var, deyərlər, şiddət həmişə şiddətə səbəb olar.
İranın cinayətkar molla rejimi 40 ildir İran daxilində nə özü yazdığı qanunları icra edir, nə də beynəlxalq qanunları yerinə yetirir. İstəyi zaman ölkə daxilində və ya xaricində terrorist əməliyyata əl atır və təəccüb yeri yoxdur ki, buna reaksiya olaraq özü də terrorizmin qurbanı olur. Problemə ancaq bir çıxış yolu var, İran cinayətkar rejimi birdəfəlik silinib bəşərin zibil sandığına tullana.
Babək Azad