Hizbullahçılar Çində hazırlanmış aparatla alınlarına möhür damğalayırlar
Bir müddət bundan öncə İranın İnqilab Məhkəməsində Alireza Zibahalat Monfəred adlı dövlət adamı korrupsiya ilə ittihamlanıb 20 il həbsə və 1 milyard 200 milyon euro xəsarət ödəməyə məhkum olunmuşdur. Maraqlı məqam bundan ibarətdir ki, onun alnında daimi möhür damğası var. İctimaiyyətdə belə bir sual yaranır, necə ola bilər ki, bir dindar adam gecə-gündüz ibadət edib alnın möhürə vurur və onun nəticəsində alnında möhür əlaməti yaranıb, belə bir adam oğru başı ola?
İran rejiminə aid olan mətbuat orqanları məcbur olu etiraf edələr ki, bəzi adamların alında möhür yeri ibadət nəticəsində yox, əslində saxta formada xalqı aldatmaq üçün yaradıblar. Sonra məlum oldu ki, Çindən xüsusi bir aparat İrana varid olub, onun vasitəsi ilə alına möhür vurmaq mümkündür.
Məlumat üçün xatırladım, Quzey Azərbaycanın bəzi hizbullahçıları İrana səfər edəndən sonra onların alnında möhür peyda olub.