Asif Ata Həqiqətlərindən seçmələr
9 May Qələbə Bayramı
Vəziyyət
Qələbə bayramından Yas günü yaratdı Qorbaçovşina – özünü Yasdan qurtaran göstərmək üçün. 12.05.90
Qələbə Bayramı
Qələbəni məğlub edənlər -Qələbəni bayram edirlər. Qələbənin məğlubiyyətini – bayram edirlər. 11 Çiçək Ayı, 17-ci il
Həqiqət
Hitlerizmi Demokratiya yıxmadı, Demokratiya Hitlerizmi SSRİ-ni yıxmağa sövq etdi – bacarmadı. Hitlerizmin edə bilmədiyini Qorbaçovşina – Yeltsinşina etdi.
Həqiqət
Hitlerizmi SSRİ yıxdı. İndi SSRİ-ni yıxanlar Hitlerizm üzərində qələbə bayramı edirlər. Özlərinin SSRI üzərində Qələbəsini Bayram edirlər. Hitlerçilərin ruhlarını şad edirlər.
Mərhələlər
Oktyabr İnqilabı – Kommunist Məharəti. 37-ci il – Kommunist Dəhşəti. İkinci Dünya müharibəsi – Kommunist Rəşadəti. Yenidənqurma – Kommunist Xəyanəti. Tarixi hadisə Qələbəni məğlub edənlər – Qələbəni bayram edirlər.
Həqiqət
Bəşər faşizm üzərində Qələbə çala bildi, ancaq insan ola bilmədi. Bu səbəbdən də məğlub oldu. Həqiqət Qələbəni Böyüklər yaratdılar – Balacalar məğlub etdilər.
7 İşıq Ayı, 17-ci il
May, 1995
Müasir hal
Xəyanətə Sədaqət
Qələbə bayramı
Qərb özünün Dünya üzərində Qələbəsini Bayram eləyir.
Rusiya özünün Qələbə üzərində Qələbəsini Bayram eləyir.
Müasir hal
Veteranların əllərindən Qələbəni aldılar, əvəzində Qələbə Yubileyi medalı payladılar.
Həqiqət
Stalin həm dahi idi, həm Qatil, həm Qəhrəman idi, həm Cəllad.
Müharibə dövründə o Dahi və Qəhərman idi, bu səbəbdən də Qələbə baş tutdu.
Stalinsiz Qələbə Başsız Bədən deməkdir. 12 İşıq Ayı, 17-ci il May, 1995