Gədəbəy tariximizin qədim diyarı
Elli Atayurd
Gədəbəyə dəvətliyik.
AYB-nin sədrinin müşaviri,Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəylinin rəhbərliyi ilə AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza, şair publisist İlqar Türkoğlu və mən şair yazar Elli Atayurd bu dəvəti birlikdə gerçəkləşdirdik.
Azərbaycanın qədim tarixi abidələrlə zənginliyi hər kəsə bəllidir. Füsunkar meşələri,çiçəkli-çəmənli dağları,buz bulaqları ,şiril-şiril axıb sanki nəğmə söyləyən çayları ilə bura təşrif buyuran qonaqlarda heyrət yaradan Gədəbəy də qədimi tarixi abidələrlə zəngindir.Burada olan qalalar və məbədlər bir daha bu diyarın qədim türk torpağı olduğunu sübut edir.Rayonun ərazisindəki Qız qalası,Koroğlu qalası, qədimi tarixi körpülər,məbədlər buna əyani misaldır.Qız qalası və Koroğlu qalası adından və tikiliş arxitekturasından türk tikililəri olduğu görünür. Məbədlər,tapınaqlar da quruluş və təyinatıan görə türklərə məxsusdur. Tarixi tikintilər üzrə mütəxəssislər bunu daha dəqiq görə bilərlər.Bu məbədlərdən biri haqqında xüsusi danışmaq istərdim. Tikintisi 4-cü əsrlə səsləşən Mahrasa məbədi.
Mahrasa məbədi Gədəbəyin Söyüdlü kəndi ərazisində yerləşir.Həmin məbədə baxmaq üçün meşə yolları ilə getməli olduq. Gədəbəyin relyefi hər kəsə bəllidir. Dağ,dərə,təpə və üstəlik meşəlikdən keçən yol yalnız xüsusi dağ şəraitində istifadə olunan avtomobillərlə gedirik.Rayonun İcra Başçısı İbrahim Mustafayev cənabları məbəd haqqında çox geniş danışır.Bizim fikirlərimizi öyrənməyə çalışır. Bu məbədlərin turizm biznesində əvəzsiz olduğunu vurğulayır. Bu biznesin Gədəbəyə necə faydalı olacağından xüsusi danışır. Mənim bu yazını yazmaqda məqsədim təkcə hadisəni şərh etmək deyil.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda məbəd abidələri xüsusi yer tutur. Tarixdən bəllidir ki,Azərbaycan islam dinindən əvvəl xristiyan dininə qulluq etmişdir. Mənim məqsədim tarix araşdırmaq deyil,sadəcə öz dəyərimizə sahib çıxmağa səsləməkdir.Belə ki,əksər “tarixçilərimiz”,”ziyalılarımız” xristyanlığa qısqanc münasibətə görə Azərbaycanin xristiyanlıq tarixi ciddi araşdırılmır və demək olar ki diqqətdən kənarda qalır. Bu da bir dövlətin ,bir xalqın dəyərlərinin bütövlüyünə xələl gətirmiş olur. Onsuz da özünə yadlaşan,özgələşən xalq tarixinin böyük bir hissəsini itirmiş olur. Bundan fürsətdən istifadə edən mənfur ,fürsətçi bədnam qonşularımız bir çox tarixi abidələrimizə sahib çıxırlar. Bu təkcə Gədəbəy ərazisində deyil Azərbaycanın bir çox ərazisində,türk toplumlarının yaşadıqları ərazilərdə məbədlərin dışlanması davam edir.Bu münasibət hətta Atilla Hun abidələrinə belə kölgə sala bilir.
Erməni yazıları Mahrasa məbədindəki yazılara bənzəyir.Məbədin quruluşundan ,hücrələrdən,karvasaraydan,ibadət yerlərindən görünür ki, bu tikili beş on ilə tikilməyib.Yazılar da məbədin tikintisində yazılmışdır.Diqqətlə baxdıqda açıq aydın görünür ki,bu hərflər erməni hərfləri deyil. Maştos Mesropun yaratdığı əlifba heç cürə 4-cü əsrdə divarlara yazılacaq səviyyəyə qalxa bilməzdi. Üzümü tarixçilərimizə tuturam bu yazını (şəkil əlavə olunub) araşdırın. Maraqlıdır erməni əlifbası 4-cü əsrdə Maçtosun doğulub yaşadığı Muşdan minlərlə kilometr uzaqda yerləşən Gədəbəydəki yazıya bənzəyir. Bu o deməkdir ki,Maştos əlifbanı bu əlifbaya uyğunlaşdırıb. Bəs bu nə əlifbasıdır?
Tariximizə,abidələrimizə sahib çıxaq. Çünki onlar bizim dəyəırlərimizin əsasıdır, təsdiqidir.