Həmid Mənafi Lorestan əyalətinin Azna şəhərinə sürgünə göndərildi
Həmid Mənafi Nadarlı dünən, 2 Avqust 2021-ci ildə şəxsi İnstagram səhifəsində 2 illik sürgün cəzasını çəkmək üçün Lorestan əyalətinin Azna şəhərinə getdiyini açıqladı.
Azərbaycanlı siyasi məhbus və mədəni fəal Cənab Mənafi Nadarlı, həbsinin qalan hissəsini çəkmək üçün məzuniyyətini bitdikdən sonra 15 May 2021-də Evin Həbsxanasına qayıtdıqdan sonra, həbsxana rəsmiləri ona şərti azadlıq istəyinin qəbul edildiyini və iki illik həbs cəzasının bitdiyini bu Türk fəala bildirmişdilər.
Ayrıca, Bəharestan şəhərinin hökm icra şöbəsi cənab Mənafidən 2 illik sürgün cəzasının icrası üçün özünü Lorestan əyalətinin Azna şəhərinə getməsini istəmişdi.
2020-ci iln Yanvarında Tehran Apellyasiya Məhkəməsinin 54 -cü şöbəsi, hakim Babayi sədrliyi ilə, Həmid Mənafi, Əkbər Azad, Əliriza Fərşi və Behnam Şeyxini 2014 -cü ildə Bəharestanda keçirilən Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün ümumiyyətlə 8 il həbs və 8 il sürgünə məhkum etmişdi.
Həmid Mənafi 21 İyul 2020-də tutularaq həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına köçürülmüşdü.