Abbas Lisani Ərdəbil Ədli Tibb Mərkəzinə göndərilib
Ərdəbil mərkəzi həbsxanasında 15 illik həbs cəzasını çəkən siyasi məhbus Abbas Lisani dünən 24 Yanvar 2022-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbil Ədli Tibb Mərkəzinə göndərillib.
Bu Azərbaycanlı tanınmış siyasi məhbusn MRT və bel diskindən təcili cərrahiyyə əməliyyatının aparılmasının zəruriliyi barədə həbsxanaya təqdim etdiyi tibbi sübutlardan sonra ikinci dəfədir ki baş verib.
Abbas Lisani, təqribən üç illik həbsdən sonra, ilk olaraq dünən 800 milyon Tümən girov qarşılığında 30 Avqust 2021 Bazar ertəsi axşamı dörd günlük tibbi məzuniyyətə buraxılmışdı.
Abbas Lisani, davamlı işgəncə, çoxsaylı aclıq aksiyaları və uzun həbs cəzaları səbəbindən yüksək qan təzyiqi, yüksək ürək dərəcəsi və xroniki diz ağrısı və bel diskindən əziyyət çəkir. Bu siyasi məhbus, 2019-cu ilin dekabrında həbs olunduğundan bəri, təcili tibbi yardıma ehtiyac olması barədə Ərdəbil Həbsxanası həkiminin vurğulamasına baxmayaraq, tibbi məzuniyyətə göndərilməmişdi.
Abbas Lisani Ərdəbilli şairi, yazıçı və mədəni fəaldır. Bu siyasi məhbus Ərdəbil Mərkəzi Həbsxanasında 15 illik həbs cəzasını çəkir. Keçən ilin iyul ayında Ali Məhkəmə, Abbas Lisaninin etirazını rədd edərək, onun Ərdəbil Apellyasiya Məhkəməsində 8 ildən 15 ilə qaldırılan cəzasını eyni şəkildə təsdiqlədi.