Alparslan hələ də şəxsiyyət vəsiqəsindən məhrumdur; Valideynlər Qeydiyyat İdarəsindən şikayət ediblər
Doğu Azərbaycan Qeydiyyatı İdarəsi seçilmiş adına görə “Alparslan” üçün şəxsiyyət vəsiqəsi verməkdən imtina etdikdən sonra, bu Təbrizli uşağın valideynlərinin şikayəti Tibrız Ümumi Hüquq Məhkəməsində baxıldıqdan sonra Ədalət Məhkəməsinə göndərilib.
İranwire-in aldığı xəbərlərə görə, Alparslanın atası Mustafa Əvəzpur oğluna Türkcə ad seçdiyinə görə şəxsiyyət vəsiqəsi verilmədiyi üçün Doğu Azərbaycan əyalət Qeydiyyat İdarəsinə şikayət edib. Təbriz Hüquq Məhkəməsinin 2-ci şöbəsi cənab Əvəzpurun şikayətini araşdırdıqdan sonra “iddiaçıların dinləməməsi”nin lehinə qərar verib və işi baxılması üçün Ədalət Məhkəməsinə göndərib.
Mustafa Əvəzpurun yaxınlarının dediyinə görə, Alparslan doğumunun üçüncü ayında hələ də şəxsiyyət vəsiqəsindən məhrumdur. Bu problem bu uşağın valideynlərinin üzərinə bir çox problemlər qoyub və övladı “vaksinlərin vaxtında aparılmaması, müalicə kitabçasının olmaması” kimi problemlərlə üzləşib.
Valideynlər tərəfindən seçilən adlara şəxsiyyət vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə Ərdəbilli bir uşaq olan “Ayıl” üçün şəxsiyyət vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması “Ayıl Kampaniyasının” başlanğıc nöqtəsi idi. Bu kampaniyada Ayılın valideynlərinin bu uşaq üçün şəxsiyyət vəsiqəsi alamadıqları etirazına əlavə, oxşar bir maneə yaşayan başqa Azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə dərc etməyə başladılar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid etmişdilər.
Ən son halda, Təbrizli uşağa seçilən ada görə şəxsiyyət vəsiqəsi verməkdən dörd ilə yaxın imtina edən Təbriz Qeydiyyat İdarəsi nəhayət ictimai rəyin təzyiqi və uşağın ailəsinin qanuni axtarışı ilə “Ataxan”a şəxsiyyət vəsiqəsi verib.
İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatı təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.
Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.