2019-cu ilin noyabrında məmurlar tərəfindən güllələnərək korluq yaşayan etirazçılardan birinin intiharı
Kirmanşahda keçirilən etiraz aksiyaları zamanı polisin açdığı güllədən kor olan 2019 Noyabrdki etirazçılardan biri maddi çətinliklər və psixi problemlər səbəbindən intihar edib.
“Hengav” insan hüquqları saytının məlumatına görə, 28 yaşlı bu vətəndaşın şəxsiyyəti “Möhsün Məhmudi Kəriani” olaraq açıqlanıb. 2019-cu il noyabrın 16-da Kirmanşahın qaraj meydanında təhlükəsizlik qüvvələrinin açdığı güllə ona birbaşa dəyib və hər iki gözünü itirməklə yanaşı, bir müddət də həbs olunub.
Məlumatlı mənbə bildirib ki, o, azad edildikdən sonra təhlükəsizlik xidmətləri cənab Mahmudinin ailəsinə söz veriblər ki, media bu xəbəri yaymasa, onlar bu ailəyə diyə ödəyəcəklər; Amma ona heç bir diyə ödənilməyib və nəhayət, 2019 Noyabrdan sonra yoxsulluq və psixi problemlər üzündən bu il mayın 5-da özünü asıb.
Raportda ayrıca bildirilir ki, Kirmanşahın təhlükəsizlik xidmətləri öncələr cənab Məhmudinin ailəsinə təzyiq edərək onun intiharı ilə bağlı mətbuatda xəbərlərin yayılmasının qarşısını alıblar.
Hengav bundan öncə 2019-cu ilin Noyabrında Kirmanşahda keçirilən etirazlar zamanı ən azı 32 vətəndaşın öldürüldüyünü bildirmişdi.