Üç həftə öncə Rəşt kəşfiyyatı tərəfindən saxlanılan Məhəmməd Eynidən xəbərsizlik davam edir
“Məhəmməd Eyni”nin Rəşt Kəşfiyyat İdarəsi tərəfindən həbsindən sonra üçüncü həftədir ki, bu şəhərdə yaşayan bu mədəni fəalın durumu hələ də bəlli deyil.
İranwire-in aldığı məlumatlara görə, Məhəmməd Eyni 22 Yanvar 2022-ci il şənbə günü Rəşt şəhər kəşfiyyat idarəsinə getdikdən sonra həbs edilib və bəlli olmayan yerə köçürülüb. Həbsindən 17 gün keçməsinə baxmayaraq, bu mədəni fəal hələ də ailəsi ilə əlaqə saxlamayıb və Rəştin məhkəmə və təhlükəsizlik qurumları cənab Eyninin ailəsi qarşısında cavabdeh deyil.
Məhəmməd Eyni 21 Ynvar 2022-ci il cümə günü İnstaqram səhifəsində Rəşt şəhər kəşfiyyat idarəsinə çağırıldığını elan edərək yazmışdı: “Telefonla çağırılmağın qanuni olmadığını bilərək sabah səhər saatlarında elan olunan yerdə olacam ki, hadisəni və zəng səbəbini öyrəniyim”.
Bu xəbər yazıldığı vaxta qədər bu Türk fəalın çağırılması, saxlanması və köçürülməsinin səbəbləri ilə bağlı heç bir məlumat yoxdur. Məhəmməd Eyninin yaxınları da həbsindən 17 gün keçməsinə baxmayaraq, hələ də ondan xəbərsiz olduqlarını bildiriblər. Məhəmməd Eyninin vəziyyətini izləmək üçün Rəştin təhlükəsizlik, məhkəmə və ədliyyə qurumlarına müraciət etdikdən sonra onlar etnik təhqirlər və nalayiq sözlərlə üzləşiblər və bu məmurlar bu mədəni fəalın durumu ilə bağlı cavab verməkdən imtina ediblər.
Rəşt kəşfiyyat idarəsinin Məhəmməd Eynini telefonla çağırması və bu mədəni fəalın həbsindən sonra ailəsinə məlumat verməməsi ilə bağlı davranışı qanunsuzdur.
Qanuni azadlıqlara hörmət və mülki hüquqların müdafiəsi haqqında qanunun 5-ci maddəsinə və Cinayət-Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən təqsirləndirilən şəxsləri saxlayan qurum həbs edilənin ailə və ya yaxınlarına həbs olunan kimi dərhal məlumat verməlidir. Ayrıca, Cinayət-Prosessual Məcəlləsinin, xüsusən də 170-ci maddəsinə əsasən, şəxslərin çağırılması yazılı çağırış vərəqəsi ilə aparılmalıdır və vətəndaşların telefonla çağırılmasının hüquqi əsası yoxdur. Həmin qanunun 175-ci maddəsinin qeydinə əsasən, hər hansı elektron və kağız olmayan bildiriş Səna sistemində edilməlidir.