Batı Azərbaycanda Korona xəstələrinin gündəlik sayı 14 dəfə artıb
Batı Azərbaycanda bu ilin payızının sonlarından bu yana Korona xəstəliyi, xəstəxanaya yerləşdirmə və ölümlə bağlı sabit və azalan vəziyyət müşahidə olunurdu, ancaq Omikronla birlikdə yoluxmuş insanların sayı 2 həftə ərzində 14 dəfə artıb. Batı Azərbaycan Tibb Elmləri Universitetinin Rəisi bu əyalətdə Korona xəstəliyinin kritik durumda olduğunu dedi və son 24 saatda 1322 xəstənin həyatını itirdiyini bildirdi.
Məhəmmədəmin Vəlizadə bildirib: Əyalətdəki kronaya yoluxma sayı bir gündə 1322 hadisə idi ki onlardan 109 nəfəri xəstəxanalara yerləşcirilib və hazırda əyalətdə hər bir dəqiqədə bir nəfər Koronaya yoluxur ki bunun qabağı alınmalıdır. Vəlizadə əlavə edib: Bu rəqəmin artması ilə əyalətdə xəstəxanaya yerləşdirilənlərin ümumi sayı 416-ya çatıb ki, bu da qışın əvvəlindən indiyədək görünməmiş bir sayıdır.
Batı Azərbaycan Tibb Elmləri Universitetinin rəisi sözünə davam edib: Ayrıca, hazırda 91 nəfər reanimasiya şöbələrində yerləşdirilib, 19 nəfər isə yalnız süni nəfəs aparatından istifadə etməklə nəfəs alır. O, son 24 saat ərzində Batı Azərbaycanda 4 nəfərin, o cümlədən Urmiyada 3, Mahabadda isə 1 nəfərin Korona xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb. Bu rəqəmin artması ilə əyalətdə koronavirusdan ölənlərin sayı 7 min 281 nəfərə çatıb. Korona virusunun yayılmasının başlanğıcından indiyədək əyalətdə 336 min nəfər xəstəliyə yoluxub ki, bu da ölkədəki ümumi yoluxmuş insanların yüzdə 5-ni təşkil edir.