Nə üçün İsraildə İranın təhlükəsizlik orqanını İsveçrə pendirinə oxşadırlar?
Hal-hazırda İranda 17 təhlükəsizlik orqanı fəaliyyət göstərir, bunların ən önəmlisi İran Təhlükəsizlik naziri və sipah təhlükəsizlik orqanı sayılırlar. Əlbəttə, son illərdə sipah təhlükəsizlik orqanı ən fəal və birbaşa Əli Xamneyi və onun oğlu Müctaba Xamneyininin yardımı ilə hər yerə barmaq basa bilirlər. Xatırladaq ki, sipah təhlükəsizlik orqanının başqanı Hüseyin Taib idi ki, 13 il bu vəzifədə olub, amma bir-iki gün öncə vəzifədən kənar edilib. İranın keçmiş prezidenti Refsancani onun haqqında belə demişdir: “Hüseyin Taib sipahın təhlükəsizlik orqanının başqanı seçiləndə mən Xamneyiye dedim: Ayə, bu ölkədə ondan rəzil adam yox idi bu işə təyin edəsiniz? O da belə cavab verdi: bu cür işlərə elə onun kimi rəzil adam lazımdır.” Çünki Hüseyin Taib bu 13 ilin içində sipah təhlükəsizlik orqanında o qədər dəlik-deşik yaratmışdı ki, hətta İsrailin təhlükəsizlik orqanı (MUSAD) İranda istədiyi zaman istədiyi planın həyata keçirirdi. Misal üçün, istədiyi zaman İranın nüvə alimlərin terror edir, İranın nüvə proqramı ilə əlaqədar çoxlu sayda sənədləri yük maşınına yükləyib İsrailə aparır və s. Bəzi ekspertlər sipah təhlükəsizlik orqanın İsveçrə pendirinə oxşadırlar, yəni onda o qədər dəlik-deşik var ki, çox rahat ona nüfuz eləmək olar.
İranın keçmiş təhlükəsizlik naziri Əli Yunisi belə demişdi: İsrailin təhlükəsizlik orqanı MUSAD İranın tamam hökumət orqanlarına nüfuz ediblər. Bu səbəbdən də, İran islam hakimiyyətinin dövlət adamları öz can təhlükəsizliklərindən nigaran olmalıdırlar.