Əgər əlində hakimiyyət olsa, Taleh Bağırzadə hansı cinayətləri törədər?
Lütfən, bu şəklə diqqətlə baxın, burda gördüyünüz kimi, Hacı Taleh Bağırzadə əyilib Ayətullah Hüseyin Nuri Həmədaninin əlin öpür. Hacı Talehin şəklinin açımı belədir: o, Həmədaninin əlini öpməklə özünü onun təqlidçisi kimi təqdim edir. Bu şəkil ikitərəfli, yəni, müctəhid ilə təqlidçisinin rabitəsini göstərir. Bu rabitədə təqlidçi özünə dini vəzifə bilir onun inandığı müctəhid hər nə desə düşünmədən onun fərmanını icra etməlidir. Hətta, əgər, o bir fərdin qətlinə fitva versə belə. Gəlin, bu yerdə Ayətullah Həmədaninin kim olduğunu öyrənək.
Ayətullah Hüseyin Nuri Həmədani bir radikal şiə din xadimidir, o sufilərə, dərvişlərə, bəhailərə, yahudilərə qarşı dəfələrlə müxalif fikir yayıb, o həmçinin yeni düşüncəli müsəlmanlara, o cümlədən, Əbdülkərim Suruşa qarşı çox tünd söhbətləri olub. O, 2008-ci ildə belə demişdir: Əbdülkərim Suruşun yazıları Səlman Rüşdünün yazlarından da pisdir. Çoxları bu sözdən belə nəticə çıxarmışdılar ki, dolayı yolla onun qətlinə fərman verir.
O həmçinin İran Məclisinin İranın BMT-nın qadınlara qarşı ayrı-seçkiliyə qadağa konvesiyasına üzv olmağı təsdiqlədiyi zaman, Həmədani ona qarşı çıxmışdı. Belə ki, 2003-cü ildə bir bəyaniyə verib adı çəkilən konvensiyanı fəlakətli və kədərli və həm də islama zərər vermək üçün qərb və Amerika hiyləsi adlandrmışdı. Elə bu bəyanəyə görə, İnsan haqlarını müdafiə edən təşkilatlar, xüsusən qadının haqq-hüququnu müdafiə edən təşkilatlar onu qadınların haqq-hüququna zidd olan bir fərd kimi tanıyırlar. O danışıqlarında həmişə təkid edib ki, universitetlərdə islama zidd olan universitet müəllimləri kənara qoyulmalıdır. Bu da İran hökuməti əlində bir çomağa çevrilib, kim ki İran hökumətini tənqid edir, ona zidd islam damğası vurub universitetdən kənar edib, həbsə məruz qoyaraq işgəncə verirlər.
O, həmçinin Xomeyninin tərəfindən Avropa ölkələrində təhsil alan İranlı tələbələrə nəzarət edən məmur vəzifəsinə təyin edilmişdir. O yenə də bu işində İran hökumətini tənqid edən tələbələrə ziddi islam damğası vurub təqaüdünü kəsmişdi. Amma bunların hamısından dəhşətlisi ondan ibarətdir ki, İranda inqilabdan bir il sonra Azərbaycan xalqı, Xalqi Müsəlman partiyası, milliyyətcə türk olan Ayətullah Şəriət Mədari Xomeyninin istədiyi İranda islami xilafət ideologiyasına qarşı çıxmışdılar. Beləki, Azərbaycanda, xüsusən Təbrizdə qanlı toqquşmalar baş vermişdi. O zaman Ayətullah Həmədaninin tövsiyəsi ilə onun kürəkəni Ayətullah Müsəvi Təbrizi – ən böyük manqurtlardan biri, Təbrizə hakim kimi gedib bir neçə dəqiqənin içində bir neçə nəfərin edam hökmünü təyin eləmiş, çoxlarını da uzun müddətli həbsə məhkum etmişdir. Bunların hamısının da tövsiyəsini Ayətullah Həmədanidən almışdır.
Ayətullah Musəvi Təbrizi dəfələrlə deyib ki, mən Ayətullah Həmədaninin təqlidçisiyəm və onun fərmanlarını hər zaman yerinə yetirməyə hazıram. Burdan çıxan nəticə, Təbrizdə baş verən qanlı cinayətlərdə dolayısı olsa da, Həmədaninin rolu olub. Musəvi Təbrizi nəhayət İranda İnqilab prokroru kimi 2 il fəaliyyət göstərmişdi, lakin kənara qoyulmuşdu. Kənara qoyulma səbəbini İranın yüksək səviyyəli kəşfiyyat və məhkəmə rəsimlərindən Əli Razini belə demişdir: “Məhkəmə işlərinin başında duran bir şəxsin həbsə məhkum edilmiş müttəhimdən onunla siğə etmək istəməsi yaraşmaz və aşkar edilmişdir ki, müttəhimin həbsi məhz sigəyə görə imiş. Məsələnin üstü açılanda Ayətullah Musəvi Təbrizi işindən kənara qoyulmuşdur.”
İranın hal-hazırkı prezidenti İbrahim Rəisi Ayətullah Həmədaninin tələbəsi olmuşdur. Ekspertlərin nəzərinə görə, qəddarlığı və daş ürəkliliyi Ayətullah Həmədanidən öyrənmişdi. Belə ki, 1988-də Xomeynin fərmanı ilə “Ölüm Heyəti” yaradılıb, bu heyət dörd nəfərdən təşkil edilib, onlardan biri də İbrahim Rəisi olmuşdur. Heyət zindanda olan siyasi məhbusun bir neçə minin edama məhkum eləmişdi.
Bu söhbətlərdən sonra biz sizdən xahiş edirik, bu şəkilə diqqətlə baxasınız. Hacı Taleh Bağırzadə minlərlə günahsız adamın edamına fərman vermiş Ayətullah Həmədaninin əlini öpür. Siz necə düşünürsünüz, əgər İran ajanları Quzey Azərbaycanda Kərimə dövləti yaradarlarsa, Hacı Taleh Həmədaninin əmri ilə minlərlə uşağı yetim qoymazmı?