Dünyadakı bütün İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirilməlidir!!!
Bu vasitə ilə İran ajanlarının Londondakı Azərbaycan səfirliyindəki fitnəsin məhkum edirik. İndiki zamanda Azərbaycanla Ermənistan arasında gərgin vəziyyət hakimdir, sinəsini düşmənə sipər etmiş qəhrəman əsgərlərimizin bəzən şəhid olması xəbəri yayılır, bu vəziyyətdə Vətənimizə vəfa borcumuzdur ki, Azərbaycan bayraqlarını qaldırıb, xarici ölkələrdə Azərbaycan səfirlikləri qarşısında ordumuza dəstək verməklə yurdumuzun bütövlüyünü qoruyaq. Bu şəraitdə İran ajanları Londonda Azərbaycan səfirliyinə qeyri-qanuni girib, Azərbaycanda dinçi hökümətin yaranmağın istəyiblər. Bu cinayətkarların İranın təhlükəsizlik orqanlarına bağlı olmasına heç şübhə yoxdur. İran rejimi uzun zamandır istəyir Azərbaycanda Yəmən, Livan, Suriya, İraq kimi bir faciəli durum yarada. Biz İranın bu çirkin əməlini məhkum edirik və bütün vətənsevər azərbaycanlılardan istəyirik ki, bütün dünyadakı İran səfirlikləri qarşısında etiraz aksiyaları keçirələr və İrana açıq-aydın bu mesajı göndərələr: “Şəhidlər ölməz, Vətən bölünməz!”
Azərbaycanın mənəvi atası Rəsulzadə nə gözəl dedi: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”