Güney Azərbaycan xalqı dərhal ayağa qalxmalıdır
Azadlıq, Ədalət, Milli Hökumət!!!
Dostlar, hökumət əleyhinə nümayişlər bütün İranı bürüdü, indi Güney Azərbaycanda insanların ayağa qalxması və mümkünsə şəhərləri, xüsusən Təbrizi ələ keçirməsi üçün ən yaxşı fürsətdir. Hal-hazırda İran molla rejiminin represiya qüvvələri həddən artıq zəifləyib, bu bir yaxşı fürsətdir, Güney Azərbaycanda vətənpərvər qüvvələr o işi görməlidirlər ki, ata-babalarımız görüblər. Misal üçün, məşrutə inqilabında Təbriz əhalisi Səttar xan və Bağır xanın öndə olması ilə silahlanıb Təbrizin nəzarətini ələ keçirtdilər. Bu yerdə Güney Azərbaycan Milli Hökumətini misal göstərmək olar ki, Cəfər Pişəvəri öndə olmaqla Güneydə silahlı qüvvələr Güney Azərbaycan şəhərlərinə girib, şəhərin nəzarətini ələ keçirtdilər. Və ya İranda islam inqilabından sonra Xəlqi müsəlman partiyasının rəhbərliyi ilə Güney Azərbaycanın müsəlləh qüvvələri şəhərə nəzarət etdilər. İndi də əl verən fürsətdən öz azadlığımız üçün faydalanmalıyıq.