BMT-nin İranda insan haqları vəziyyəti haqda qərəzli hesabatı
BMt İranda insan haqlarının vəziyyəti haqda son hesabatında təkrar iddiaları yayımlayıb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, BMT İranda insan haqlarının vəziyyəti ilə əlaqədar qərəzli hesabatlarının davamında BMT-nin İranda insan haqları üzrə pakistanlı məruzəçisi Asimə Cahangirin son hesabatını yayımlayıb.
Qeyd edək ki, pakistanlı məruzəçi Asimə Cahangir son vaxtlarda dünyasını dəyişib.
Asimə Cahangir bu hesabatda bir neçə həftə öncə iğtişaşlarda ictimai asayişi pozanların həbs olunmasını tənqid edib.
O həmçinin İran İslam Respublikasının azğın məzhəblər və homoseksuallar haqda rəsmi qanunlarını məchul vəziyyətlə üzləşdirib.
Vəzifədə olduğu müddətdə BMT-yə birtərəfli və əsassız hesabatlar təqdim edən Asimə Cahangir son hesabatında da İranda casusluqları sübut olunan iki vətəndaşlığı olan bəzi şəxslərin həbsinə etiraz etmişdi.