“Qalatasaray”ın hədəfindəki qanalı
“Qalatasaray”ın növbəti transfer hədəfi bəlli olub. İstanbul klubu “Srvena Zvezda”nın üzvü Riçmond Boakyeni heyətinə qatmaq istəyir. Həftəsonu “Qalatasaray”ın nümayəndələri qanalı futbolçunun çıxışını “Partizan”la oyunda (1:1) stadiondan canlı izləyiblər.
Həmin matçda komandasının yeganə qolunu vuran Boakyenin “Srvena Zvezda”la ilə müqaviləsi 2020-ci ilə kimidir. Afrikalı futbolçu ilə “Qalatasaray”la yanaşı, “Borussiya” (Dortmund), “Cenoa”, SPAL, “Peskara”, “Fiorentina”, “Vilyareal”, “Valyadolid”, “Hetafe”, “Las Palmas” və “Lill” maraqlanır.